“Neftçi”yə satışdan BÖYÜK MİQDARDA PUL QAZANDILAR

24 İyun 2021 10:40 Neftçi 1 852
“Neftçi”yə satışdan BÖYÜK MİQDARDA PUL QAZANDILAR

Azərbaycan millisinin heyətində 2 oyun keçirən Xəyal Nəcəfovun “Sumqayıt”dan “Neftçi”yə keçməsi barədə məlumat vermişik.

Klub karyerası yalnız "Sumqayıt"la bağlı olan 23 yaşlı yarımmüdafiəçi bakılılarla 2+1 il müddətinə anlaşıb.

“Kimyaçılar” bu mövsüm 31 matcda meydana çıxan və 2 qol vurmağı bacaran orta sahə oyunçusunu heç də aşağı məbləğə satmayıb.

“Gənclik şəhəri” təmsilçisi sözləşməsi gələn ilin yayında bitməli olan yetirməsinin “ağ-qaralar”la razılaşmasından 100 min manat əldə edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti