Bu legioner “Neftçi”dən nə qədər pul qoparmaq istəyir?

23 İyun 2021 13:00 Neftçi 2 817
Bu legioner “Neftçi”dən nə qədər pul qoparmaq istəyir?

Dünən xəbər verdiyimiz kimi, "Neftçi"nin heyətinə qatmaq istədiyi növbəti legioner braziliyalıdır.

Paytaxt təmsilçisi Eduardo Mança ilə danışıqlar aparır. Ona iki illik müqavilə təklif olunub.

Son klubu Portuqaliyada "Farense" olan 25 yaşlı mərkəz müdafiəçisi "Seara"nın yetirməsidir. O, bu mövsüm 22 oyunda meydana çıxıb və 2 qol vurmağı bacarıb.

Eduardo Portuqaliya təmsilçisindən başqa, İranın "Maşınsazi", Maltanın "Birkirkara" komandalarının da şərəfini qoruyub.

Bakılılar cənubi amerikalıya illik 100-120 min dollar civarında pul təklif edib.

Menecerinin sayəsində Maltadan vurub, Portuqaliyadan çıxan Eduardonun fikrindən keçən məbləğ bundan da çoxdur. “Sambaçı” 150 min dollar müqavilə bağlamağa razıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi