"Qarabağ"a 1 addım qaldı… - FOTOREPORTAJ

18 Aprel 2021 10:40 Neftçi 932
"Qarabağ"a 1 addım qaldı… - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son oyununda "Neftçi" "Zirə"ni qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə bütün qollar ikinci hissədə vurulub. 47-ci dəqiqədə çempionatın bombardiri Namik Ələskərov hesabı açıb. 74-cü dəqiqədə Mirabdulla Abbasov 2-ci topu rəqibin qapısından keçirib.

Cəmi 3 dəqiqə sonra Ələskərov dubl edib. Bu, onun Premyer Liqada 16-cı qolu olub. Son nöqtəni isə matçın əsas vaxtına əlavə olunmuş sonuncu - 2-ci dəqiqədə Stiven Jozef-Monroz qoyub.

Bu nəticə ilə "qartallar"a qarşı 5 oyunluq qələbəsizlik seriyasına son qoyan "Neftçi" xallarını 46-ya çatdıraraq lider "Qarabağ"la fərqi minimuma endirib. "Zirə" isə 32 xalla 4-cü pillədə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?