
“Bütün oyunçuların öz milli komandalarında oynamaq xəyalı var“.
Sportinfo.az xəbər verir ki, “Neftçi“nin seneqallı legioneri Mamadu Mbodj belə deyib.
Bakı klubuna “Jalqiris“dən gəlmiş müdafiəçi gələcək hədəflərindən və ölkəsinin millisində oynamaq arzusundan danışıb:
“Seneqalın gənclərdən ibarət komandalarında oynamışam. Əlbəttə, əsas millidə də oynamaq istəyirəm. Bunun gerçəkləşməsi üçün mütəmadi futbol oynamalıyam”.