COP29

"Mən bu səbəbdən əsəbi görünmüşəm" - MÜSAHİB

30 May 20:00 Müsahibə 1 135
"Mən bu səbəbdən əsəbi görünmüşəm" - MÜSAHİB

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev Sportinfo.az-a müsahibə verib.

- Qərb derbisində “Kəpəz” üzərində qalib gəlməyin (1:0) ləzzəti başqadır yəqin.

-Bəlkə də mövsümün son oyunu idi deyə, əksəriyyət oyunun maraqsız keçəcəyini düşünürdü. Lakin söhbət derbidən gedirsə, başqa cür ola bilməzdi. Özünüz də gördünüz ki, hər iki komanda qalib gəlmək üçün əlindən gələni edirdi. Şükürlər olsun, sonda istəyimizə çatdıq.

- Bu cür istəkli görünməyiniz derbinin təsirinə görəydi?

- Doğma meydanda, öz azarkeşlərimizin qarşısında qələbə qazanmaqdan başqa yolumuz yox idi. 3 xal turnir cədvəlindəki mövqe baxımından heç nəyi həll etməsə də, azarkeşlərimizi sevindirmək üçün olduqca vacib idi.

- Oyun başa çatandan sonra hədsiz əsəbi görünürdün. Nə baş vermişdi?

- Oyunun sonlarında yaranmış gərginliyə görəydi. Qol buraxmaq istəmirdik deyə, gərginlik yaranmışdı. Yəqin, bu səbəbdən əsəbi görünmüşəm. Başqa səbəb yox idi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?