Futbolun İnkişaf Fondunun icraçı direktoru heç nəyi “Sportinfo”dan gizlətmədi

3 Oktyabr 2022 20:00 Müsahibə 1 046
Futbolun İnkişaf Fondunun icraçı direktoru  heç nəyi “Sportinfo”dan gizlətmədi

Bu ilin fevralında AFFA-nın Hesabat-Seçki Konfransında 2016-cı ildə assosiasiya tərəfindən yaradılmış Futbolun İnkişaf Fondunun (FİF) fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı qərar qəbul edildi.

Qərara əsasən fondun əsas missiyası klublarla sponsorlar arasında vasitəçilik etmək, bölgələrdə nümayəndilklər formalaşdırmaq, qısası, bölgə klublarına dayanıqlı mənbə tapmaqdan ibarətdir.

FİF artıq xeyli müddətdir fəaliyyətə başlayıb ki, geridə qalan zaman kəsiyində müxtəlif layihələr həyata keçirilib. Düzdür, fond hələ ki, istədiyini tam həyata keçirə bilmir. Amma aktivlik göz qabağındadır.

Ayrılıq və 1.2 milyon avroluq təzminat - Türkiyə çempionunda

FİF-in icraçı direktoru Tural Piriyevlə əlaqə saxlamağımızda məqsəd ötən müddətdə görülən işlərə nəzər salmaq, fəaliyyətlə bağlı ortaya çıxan suallara aydınlıq gətirmək, gələcəklə bağlı planları öyrənmək idi.

- İşləriniz tərtib etdiyiniz plan üzrə gedir, yoxsa hər sahədə olduğu kimi sizdə də çətinliklər mövcuddur?

- Fondun fəaliyyətə yeni başladığını nəzərə alsaq, kağız üzərində göstərilənlərlə reallığın fərqli olması anlaşılandır. İşlədikcə bəzi şeylərin plana uyğun olmadığını görürük. Amma dayanmırıq, həmin problemləri həll etməyə çalışırıq. Əsas işimiz bölgə futbolu ilə bağlı olduğu üçün regionlara səfərlər zamanı yerli sakinlərlə, sahibkarlarla söhbət əsnasında anlayırıq ki, insanları reallığa uyğunlaşdırmaq gərəkir. Əsas odur ki, startda əsas mərhələləri adlaya bilmişik.

- Qlobal problem, maneə nədən ibarətdir?

- Bölgə futbolundakı işlər əvvəldən beynəlxalq standartlara cavab verən şəkildə qurulmayıb. Ola bilsin, Şərqi Avropanın bəzi ölkələrində bizdəki kimidir, amma ümumi Avropanı götürsək, bir az fərqlidir. Regionlarda yerli icra orqanlarında, sahibkarlarda, hətta klubların özlərində belə hansısa gözlənti var - kimsə gəlsin, klubu götürüb sponsorluq etsin. 12 il AFFA-da çalışmış biri kimi problemin kökü kimi, günahın müəyyən hissəsini özümüzdə də görürəm.

Ayrılıq və 1.2 milyon avroluq təzminat - Türkiyə çempionunda

- Nə mənada?

- Düzdür, AFFA hər nə qədər bölgə klublarına dayaq olsa da, klublarla birbaşa sıx əlaqəmiz olmayıb. Ona görə də beynəlxalq təcrübə onlara aşılanmayıb. Yerli icra orqanlarına klubun gəlirlərinin hardan gəlməsini, vəsaitin necə xərclənməsini, qurumların hansı rolda olduğunu başa salmaq lazımdır. Düzü, onlarla söhbətdən sonra bu yöndə müəyyən inkişafın olduğunu görürük. Bu cür davam etsək, fikrimcə, yaxın zamanda irəliləyişə nail olacağıq.

- Regionlara səfərləriniz zamanı icra başçıları, idarə rəhbərləri, yerli sahibkarlarla görüşmək çətinlik yaratmır ki?

- Bəzi icra orqanları ilə əlaqə qurmaq, görüşün təşkilinə nail olmaq təsəvvür etdiyimizdən də rahat olur. Bəziləri ilə isə...

- Neçə aydır aktiv fəaliyyətdəsiniz?

- Təxminən 5 ay.

- 5 ayda nəyə nail olmusunuz?

- Hansısa nailiyyətdən danışmaq üçün 5 ay qısa müddətdir. Bu zaman kəsiyində komandamızı yığmışıq, Himayəçilər Şurasının yeni tərkibi müəyyənləşib, onlarla iclaslarımız olub, FİF-in strategiya qurulub, bölgələri müəyyən edərək ora səfərlər təşkil etmişik, “100k” layihələrinin fəaliyyətinə start verdik, Tovuzda və Mingəçevirdə mövsümlük biletlərin satışına başladıq. Elə klublar var ki, onlarla işlərimiz davam etsə də, hələ ki, nəticə yoxdur. Bunun üçün zamana ehtiyac var. Sponsorluq görüşlərində də səbrli davranmalıyıq. Şirkətləri tanımalı, maraqlarını öyrənməli, danışıq aparmalı, onların bizə, bizim onlara verə biləcəyimiz faydanı müzakirə etməliyik. İanə platformamız da artıq yekunlaşıb. Sadəcə müəyyən səbəblərə görə saxlamışıq. Yaxın zamanlarda istifadəyə veriləcək.

Ayrılıq və 1.2 milyon avroluq təzminat - Türkiyə çempionunda

- Onun məğzi nə olacaq?

- Bu, əsas ianə platformasıdır. Hansı ki, insanlar bütün bölgə klublarına özləri ianə edə biləcəklər. Məbləğ 1, 4 və 14 manat nəzərdə tutulub. İnsanlar öz seçimini edib, istədiyi formada ianə edir.

- “Belə deyək, “100k”nın başqa formasıdır.

- Bu, futbolda ilk ianə layihəsidir. Ölkəmizdə ianə mədəniyyəti 44 günlük müharibədən sonra xüsusi şəkildə formalaşdı. Düzdür, o, başqa sahə üzrə idi, futbolda bir qədər fərqlidir. “100k”nı klublara avtobus alınması üçün başlatmışıq, həmçinin insanların ianə mədəniyyətini öyrənmək, məlumat bazasını toplamaq da əsas şərtdir.

- Klublara sponsorlar axtarırsınız. Maraqlıdır, FİF-in sponsoru kimdir, hansı qurumdur?

- Fondun ilkin maliyyəsi AFFA tərəfindən qarşılanıb. Amma qarşımızda duran əsas hədəflərdən biri də fondun özü üçün maliyyə dayaqları tapmaqdır. İlk ildə olmasa da, növbəti illərdə özümüz özümüzü maliyyələşdirən quruma çevrilməyə çalışacağıq. Bununla bağlı işlərə start verilib.

Ayrılıq və 1.2 milyon avroluq təzminat - Türkiyə çempionunda

- Regionlardan toplanan ianələr hesabına?

- Xey-xeyr, qətiyyən! Bunun üçün beynəlxalq təşkilatlarla əlaqə qurmağa çalışırıq. Avropa Komissiyasının UEFA ilə 2018-ci ildə bağladığı memorandum, müxtəlif qrand layihələr, FİFA-nın fondu, UNESCO ilə layihə - bu və digər imkanlardan yararlanmağa çalışırıq. İnsanların ianələrinin FİF-in büdcəsinə qarışığı olmayacaq. Bunu mütləq qeyd etməliyəm.

-- "100k” layihəsi çərçivəsində nə qədər vəsait toplanıb?

- Rəqəmlərlə bağlı dolğun məlumat verərik. Ümumi mənzərədən danışsaq, nəzərdə tutulan vəsaitin 8-9 faizi yığılıb. Bildiyimə görə, hətta “Kəpəz”in layihəsi sonradan başlamasına baxmayaraq, “Turan Tovuz”dan daha çox ianə toplanıb.

- 2-3 ay müddətində cəmi 8-9 faiz ianə. Faciəvi durumdur, deyilmi?

- 3 ay deməyək. “Turan Tovuz” layihəsinə 2, “Kəpəz” layihəsinə 1 ay əvvəl start verilib. Bu, ölkə futbolunda ilk olduğuna görə insanları günahlandırmaq doğru olmaz. Şəxsi fikrim belədir ki, biz hələ lazım olan auditoriyaya çıxa, insanları tam məlumatlandıra bilməmişik. Təbliğat planında müəyyən nümunələri yoxlayırıq. İstər bölgə səfərlərimizdə olsun, istərsə də sosial media üzərindən. Əsas odur fəaliyyətimizi davam etdiririk, regionlardakı iş adamları ilə görüşürük, danışırıq. Təbliğatımızı genişləndirməklə böyük sahibkarları da piksel prosesinə cəlb edəcəyimizi düşünürəm.

Ayrılıq və 1.2 milyon avroluq təzminat - Türkiyə çempionunda

- “100k” layihəsini avtobus üzərindən qurmağınız sanki iflasa uğradı. Sosial şəbəkə istifadəçiləri məhz avtobus məsələsinə görə lağlağı edir, layihəni məzə obyektinə çevirirlər. Fərqindəsiniz yəqin.

- Məzə obyekti olması ilə bağlı dediyiniz mənə də maraqlı gəldi. Link varsa, 1-2-sini göndərərsiniz, baxaram. “Niyə avtobusu olmayan klubu Premyer Liqaya buraxıblar” tipli şərhlər çıxıb qabağıma.

- Bunun özü də “100k” üzərindən yaranan qıcıqdır axı.

- Bunu nəzərdə tutursunuzsa, açıqlama verim. Premyer Liqada şəxsi avtobusu olmayan klublar təkcə “Turan Tovuz”la “Kəpəz” deyil. Digər klublar da var ki, avtobusları illik icarəyə götürürlər. Səhv etmirəmsə, bir avtobusun icarəsi 40-50 min manatlıq xərcdir. İanəni məhz avtobus layihəsindən başlamağımızın da səbəbi odur ki, bu, dayanıqlı vasitədir. Klubun şəxsi nəqliyyat vasitəsi olandan sonra illik xərci görün nə qədər azalır. Dediyim kimi, məqsədimiz sırf avtobus almaq deyil. Həm də insanlarda ianə davranışlarını öyrənmək, malumat bazasını toplamaqdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti