Həsrət bitdi, 5 aylıq intizardan sonra görün, nələr etdilər! - VİDEO

16:40 Kəpəz 228
Həsrət bitdi, 5 aylıq intizardan sonra görün, nələr etdilər! - VİDEO

Nəhayət, “Kəpəz” də qələbəyə sevindi.

Azər Bağırovun baş məşqçi postuna gəlişindən sonra Premyer Liqada ikinci matçını keçirən “sarı-göylər” çətin Şamaxı səfərindən üzüağ çıxdı.

Həm də sıradan nəticə ilə yox, darmadağınla. “Kəpəz” “Şamaxı”nın qapısına 4 dəfə yol tapmaqla özü 1 dəfə məyus oldu.

Gəncə təmsilçisi öz azarkeşlərini sonuncu dəfə 5 ay əvvəl, mayın 11-də sevindirməyi bacarmışdı. Ötən mövsümün 34-cü turunda Tovuzda keçirilən qarşılaşmada “Kəpəz” “Sumqayıt”ı 1:0 hesabı ilə yenmişdi.

O gündən bu yana 1-i Xaliq Mərdanovun, 3-ü Azər Bağırovun, 5-i Adil Şükürovun payına düşməklə Nizami yurdunun komandası 9 görüşü ard-arda məğlub başa vurmuşdu.

Acı statistikanın tarixin yaddaşına qovuşması Gəncədən Şamaxıya gələn azarkeşləri “göyün yeddinci qatına” qaldırmışdı.

Xoşbəxt görünən fanatlar Əliyar Ağayevin final fitindən sonra komanda üzvlərini tribunanın önünə səsləyib, 5 aylıq intizarın başa çatmasının yaratdığı sevinci onlarla birlikdə bölüşərkən maraqlı görüntülər qeydə alındı.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti