
"Sportinfo TV"də yayımlanan "Futbol manşet"in növbəti buraxılışı efirə çıxıb.
Xanoğlan İmanovun aparıcısı olduğu veriliş 1 saat davam edib.
O, qonaq qismində iştirak edən futbol mütəxəssisi Zaur Ramazanovla Premyer Liqanın arxada qalan 8-ci turunda baş tutan qarşılaşmaları analiz edib.
Söhbət əsnasında ötənlərin məşhur hücumçusu futbolçu karyerası ilə bağlı maraqlı etiraflarla yadda qalıb. “
Xəzər Lənkəran”ın canlı əfsanəsi hazırda klubların qolçu sarıdan ciddi korluq çəkdiyini söyləyib. Bildirib ki, əgər karyerasını indi davam etdirsəydi, indi liqada hər oyuna bir, yaxud bir neçə qolla yadda qalardı.
Canlı efir zamanı izləyicilərin fikirləri və suallarına da yer ayrılıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN