
"Zirə"nin müdafiəçisi Stefan Aka Premyer Liqanın 8-ci turunda "Sabah"a məğlub olduqları qarşılaşmadan (0:3) sonra Sportinfo.az-a müsahibə verib.
- Belə məğlubiyyətdən sonra bir müdafiəçi kimi danışmağın ikiqat çətin olduğunu demək olar?
- Təbii ki, bu cür məğlubiyyətdən sonra danışmaq çətindir. İlk dəqiqələrdən oyuna yaxşı başlamadıq. Rəqib fərqlənəndən sonra oyuna tarazlıq gətirmək çətin idi. Müsbət tərəfdən göstərə bilmədiyimiz elementləri növbəti oyunda etməliyik.
- Baş məşqçi Rəşad Sadıqovun ünvanınıza dedikləri ilk sözlər nələr oldu?
- Bu barədə çox şey demək istəməzdim. Hər birimizə həm fərdi, həm də kollektiv olaraq çıxışımızı analiz etməyi tövsiyə etdi. Növbəti görüşlərdə özümüzü daha yaxşı tərəfdən göstərməli olduğumuzu xatırlatdı.
- "Zirə" son illər "Qarabağ"ın önündə belə bu cür zəif qalmamışdı. Bu gün rəqib möhtəşəm idi, yoxsa "Zirə" çox zəif?
- "Sabah"ın möhtəşəm oynadığını deməzdim. Günahı özümüzdə axtarmalıyıq. İlk dəqiqələrdə meydanda yaxşı təsir bağışlamayan tərəf olduq. Bunun nəticəsində onlar qalib gəldi.
- David Volkov, İssa Cibrila və David Qomis meydanda olsaydı, hər şey fərqli ola bilərdi?
- Təbii ki, adlarını çəkdiyiniz oyunçular meydanda olsaydı, əllərindən gələnin ən yaxşısını edərdilər. Amma indiki vəziyyətdə deməzdim ki, onları əvəz edən oyunçular pis oynadı. Futbol kollektiv oyundur. Komanda şəkilində bu gün yaxşı deyildik.
XANOĞLAN