İspaniyada "Qarabağ"a qarşı təxribat törədildi, polisə müraciət etdilər

12:40 Qarabağ 286
İspaniyada "Qarabağ"a qarşı təxribat törədildi, polisə müraciət etdilər

"Qarabağ" İspaniyada xoşagəlməz halla qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının III turunda səfərdə İspaniya təmsilçisi "Atletik"lə qarşılaşacaq Ağdam təmsilçisi barədə Bilbao şəhərində təxribat xarakterli müxtəlif yazılar və simvollar yayılıb.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev sorğuya cavab olaraq bildirib ki, məsələ ilə bağlı dərhal "Atletik"in rəhbərliyinə məlumat verilib, onlar isə məsələnin araşdırılması üçün yerli polis orqanlarına müraciət ediblər:

"Qarabağ" futbol klubu idman yarışlarının sülh, dostluq və hörmət prinsipləri üzərində qurulduğuna inanır və bu prinsipləri pozan hər hansı təxribatın yolverilməz olduğunu bildirir.

Komandamız diqqətini yalnız qarşıdakı oyuna yönəldib və idman meydanında ölkəmizi layiqincə təmsil edəcək".

"Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti