“Şamaxı”nın “cib”indən “kalan” pul çıxdı, təpik atan hücumçusuna ağır cəza verildi

03:30 Şamaxı 74
“Şamaxı”nın “cib”indən “kalan” pul çıxdı, təpik atan hücumçusuna ağır cəza verildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Premyer Liqanın 8-ci turunda baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:

“Şamaxı”nın futbolçusu Abdullahi Şuaybu 3 oyunluq cəzalandırılıb. Nigeriyalı hücumçu “Kəpəz”lə matçın 44-cü dəqiqəsində rəqib futbolçunu təpiklə vurub.

Onun təcavüüzkar davranışına görə klubu 3000 manat cərimələnib.

“Şamaxı” daha 1500 manat da ziyana düşüb. Komandanın geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün klub cərimə edilib.

Eyni səbəbdən “Kəpəz” də 1500 manat cərimə ödəməli olacaq. Gəncə təmsilçisinin 4 futbolçusu sarrı vərəqə aldığı üçün Gəncə təmsilçisi 700 maanat da cərrimələnib.

“Şamaxı” – “Kəpəz” qarşılaşması qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM