Azərbaycan millisinin sabiq hücumçusu 2025-ci ili başa vurdu?

22 Oktyabr 2025 03:00 Bizimkilər 745
Azərbaycan millisinin sabiq hücumçusu 2025-ci ili başa vurdu?

Azərbaycan millisinin sabiq forvardı Rüfət Dadaşov 2025-ci ili başa vura bilər.

Sportinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Berlin “Dinamo”sunun hücumçusunun zədədən əziyyət çəkməsidir.

Sentyabrın 28-də Regional Liqada “Altqlieniçke” ilə keçirilən oyunda (0:0) dizindən xəsarət alan 34 yaşlı forvardın durumu qeyri-müəyyənliyini qoruyur.

Rüfət artıq yüngül idman hərəkətlərinə başladığını açıqlayıb:

“Artıq dayaqlıqları çıxarmışam. Bir az velosiped sürdüm, yüngül qaçışlara başlayıram.

Dizin yükləməyə necə reaksiya verəcəyindən çox şey asılıdır. Komandaya mümkün qədər tez qoşulmağa çalışıram”.

Rüfət Dadaşov bu mövsüm Region Liqada 2 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti