Bu gün İrəvanda görüşəcəklər

22 Oktyabr 2025 08:00 Gündəm 840
Bu gün İrəvanda görüşəcəklər

21-22 oktyabr tarixlərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək.

Bu barədə Ermənistanın Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzinin yayımladığı bəyanatda qeyd olunub.

Məlumata görə, tədbir zamanı Vaşinqtonda avqustun 8-də keçirilmiş görüşdən sonra formalaşan sülh gündəliyi, iki xalq arasında etimadın möhkəmləndirilməsi, Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı və vətəndaş cəmiyyətləri arasında davamlı dialoqun qurulması məsələləri müzakirə olunacaq.

Bildirilib ki, tədbirin məqsədi regionda dayanıqlı sülh və qarşılıqlı anlaşmaya töhfə verəcək uzunmüddətli əməkdaşlıq platformasının yaradılmasıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti