Elçin “Betis”in matçında

03:50 Bizimkilər 70
Elçin “Betis”in matçında

FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, Avropa Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Genk” (Belçika) - “Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.

Görüş oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM