"Yaxşı qələbə qazandıq, amma..." - Ehtiyatı əldən vermədi

21 Oktyabr 20:20 Zirə 708
"Yaxşı qələbə qazandıq, amma..." - Ehtiyatı əldən vermədi

Milli fasilədən sonra "Sabah" çempionata fırtına kimi başladı.

Doğma meydanda iddialı "Zirə"ni qəbul edən Valdas Dambrauskasın komandası rəqibinə heç bir şans tanımadı - 3:0.

"Tələblər" irhesablı qələbəni əla oyunla qazandı.

Növbəti rəqib bir başqa iddialı "Araz-Naxçıvan"dır. Bu cür qələbədən sonra qarşıdakı görüşə hazırlığın rahat keçəcəyini demək olarmı?

Sportinfo.az-a açıqlamasında Masazır təmsilçisinin müdafiəçisi Stiv Solvet sualımıza cavab olaraq bunları dedi:

"Bəli, yaxşı qələbə qazandıq. Amma hər oyun fərqlidir.

Biz bütün matçlara olduğu kimi bu oyuna da eyni ciddiyyətlə hazırlaşacağıq.

İnanıram ki, sonda qalib gələn tərəf biz olacağıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!
6 Dekabr 02:00 "İmişli" 3000 ziyanda