Azərbaycanda daha bir klub baş məşqçisini yola saldı

21 Oktyabr 2025 23:20 II Divizion 1 674
Azərbaycanda daha bir klub baş məşqçisini yola saldı

"Şəmkir" baş məşqçisi Vüqar Nadirovla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə II Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Klub Vüqar Nadirova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

"Şəmkir" hazırda 2-ci liqada 6 turdan sonra 9 xalla 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!