
Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Qarabağ”ı qəbul edəcək “Atletik” (İspaniya) iştirak ərizəsini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, cəzalı Yeray Alvares və zədəlilər Unay Egiluzla Benyat Prados heyətdən kənarda qalıblar.
Uilyams qardaşları, Oyhan Sanset, Aleks Berenqer və Mikel Veska zədələrini sağaldlblar və heyətə düşüblər.
Qapıçılar: Unay Simon, Alexandro Padilya
Müdafiəçilər: Andoni Qorosabel, Daniel Vivian, Aytor Paredes, Xesus Areso, Emerik Lyaport, İnyiqo Lekue, Yuri Berçiçe, Adama Boyro
Yarımmüdafiəçilər: Mikel Veska, Aleks Berenqer, Oyan Sanset, İnyiqo Qalarreta, Mikel Xaureqisar, Unay Qomes, Robert Navarro, Alexandro Reqo
Hücumçular: İnyaki Uilyams, Niko Uilyams, Qorka Quruseta, Maroan Sannadi, Niko Serrano.
Oktyabrın 22-də “San Mames” stadionunda keçiriləcək “Atletik” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.