“Asan olmayacaq, amma biz bunu etməliyik” - Bəhlul Mustafazadə

15 Oktyabr 23:40 Müsahibə 161
“Asan olmayacaq, amma biz bunu etməliyik” - Bəhlul Mustafazadə

Azərbaycan milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə Sportinfo.az-a müsahibə verib.

- Azərbaycan millisi qısa zamanda Fransa və Ukrayna ilə qarşılaşdı. Hər iki matç sizin üçün necə keçdi?

- Hər iki matçda komanda şəklində çox yaxşı mübarizə apardıq. Komanda olaraq əlimizdən gələni etdik. Daha yaxşı nəticə ola bilərdi. Xüsusilə ikinci matçda. Həm heç-heçə etməyimiz mümkün idi, həm də qələbə qazanmağımız. Daha çox artırmaq lazımdır. Qarşıdakı oyunlarda daha yaxşı nəticə qazanmağa çalışacağıq.

- Rəqiblər güclü olsa da, milli yaxşı mübarizə apardı, amma uduzdu. Bu mənada, daha çox üzüldüyün nə oldu?

- Təbii ki, nəticə olsaydı, mübarizəyə daha çox şad olardıq. Amma dediyim kimi, mübarizənin yanında qələbələr qazanmalıyıq. Komandanın potensialı var. Ayxan Abbasovun gəlişindən sonra bu öz müsbət təsirini göstərir. Qarşıdakı oyunlarda artıq nəticə qazanmağa çalışacağıq.

- Qarşıdakı matçlar İslandiya və Fransaya qarşıdır. Fransa ilə bağlı reallıq hamımıza məlumdur. İslandiya ilə matçda azarkeşlər qələbəyə ümid edə bilər?

- Əlbəttə ki, hədəfimiz ilk növbədə bu olmalıdır. Qələbə qazanmağa çalışmalıyıq. İslandiya çox yaxşı rəqibdir, asan olmayacaq. Amma bunu etməliyik.

- Son illərdə ilk dəfədi ki, milli yerli məşqçi ilə oyunlarda yaxşı mübarizə aparır, milli ruh görünür. Bunu qarşıdakı dönəmdə millinin daha yaxşı nəticə verə biləcəyinin siqnalları kimi qəbul edə bilərikmi?

- Məncə, oynadığımız son 3 oyun göstərir ki, inam var və daha yaxşı nəticələr qazanmağa ümid verir. Millətlər Liqasında bir nömrəli hədəfimiz nəticə olmalıdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"