ÇL: “Barselona” və “Arsenal” qoldan doymadı, “Benfika” böyük hesabla uduzdu - Bu gecə

ÇL: “Barselona” və “Arsenal” qoldan doymadı, “Benfika” böyük hesabla uduzdu - Bu gecə

Çempionlar Liqasında əsas mərhələnin 3-cü turuna start verilib.

Sportinfo.az xəbər verir ki, bu gün 9 oyun keçirilib.

“Arsenal” “Atletiko”nu böyük hesabla məğlub edib. “Qarabağ”ın rəqiblərindən olan “Napoli” səfərdə PSV-yə biabırçı hesabla uduzub.

PSJ Almaniyada “Bayer”ə “divan tutub”. “Mançester Siti” isə “Vilyarreal”ı 2 cavabsız qolla yenib.

“Barselona” evcə “Olimpiakos”a qarşı inamlı qələbə qazanıb. Kataloniya təmsilçisi “Nou Camp”da keçirilən qarşılaşmada rəqibini 6:1 hesabı ilə məğlub edib.

Oyunun qəhrəmanı Fermin Lopes olub. Belə ki, o het-trik müəllifi kimi fərqlənib.

Markus Reşford da iki qol vurub, Lamin Yamal isə penaltidən hədəfi dəqiq tapıb.

Yunan klubunun yeganə qolunu isə penalti zərbəsindən Ayub El-Kaabi vurub. 57-ci dəqiqədə “Olimpiakos”un yarımmüdafiəçisi Santiaqo Esen isə qırmızı vərəqə alaraq meydandan qovulub.

Barselona (İspaniya) – Olimpiakos (Yunanıstan) 6:1
Qollar
: F.Lopes, 7; 39; 76. Yamal, 68-pen. Raşford, 74; 79.

Kayrat (Qazaxıstan) – Pafos (Kipr) 0:0

Arsenal (İngiltərə) – Atletiko (İspaniya) 4:0
Qollar: Qabriel, 57. Martinelli, 64. Dyökereş, 67; 70.

Bayer (Almaniya) – PSJ (Fransa) 2:7
Qollar: A.Qarsiya, 38-pen; 54 – Paço, 7. Due, 41; 45+3. Kvaratsxeliya, 44. N.Mendes, 50. Dembele, 66. Vitinya, 90.

Vilyarreal (İspaniya) – Mançester Siti (İngiltərə) 0:2
Qollar: Haland, 17. B.Silva, 40.

PSV (Niderland) – Napoli (İtaliya) 6:2
Qollar: Bonjorno, 35-öz qapısına. Saybari, 38. Man, 54; 80. Pepi, 87. Drioş, 89 – Maktominey, 31; 86.

Kopenhagen (Danimarka) – Borussiya (Dortmund, Almaniya) 2:4
Qollar: Anton, 33-öz qapısına. Dadason, 90 – Nmeça, 20; 76. Bensebaini, 61-pen. F.Silva, 87.

Yunion (Belçika) – İnter (İtaliya) 0:4
Qollar: Dumfris, 41. L.Martines, 45+1. H.Çalhanoğlu, 53-pen. Espozito, 76.

Nyukasl (İngiltərə) – Benfika (Portuqaliya) 3:0
Qollar: Qordon, 32. Barnes, 71; 83.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi