İspaniyada bu VİDEOnu Qurban Qurbanova göstərdilər, çox təsirləndi - FOTO

11:20 Hadisə 498
İspaniyada bu VİDEOnu Qurban Qurbanova göstərdilər, çox təsirləndi - FOTO

Ötən gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Atletiko" ilə oyunöncəsi mətbuat konfransından sonra maraqlı anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, Türkiyənin idman səhifəsi “Zspor”un bloqeri Recep Kaya Qurban Qurbanova sürpriz edib.

O, Ağdam təmsilçisi üçün dəstək videoçarxı hazırlayıb.

Belə ki, sözügedən videoçarxda İngiltərə, İran, Qazaxıstan, Almaniya, Türkmənistan, Belçika və Türkiyənin bir sıra şəhərlərindən insanlar “Qarabağ”a inandıqlarını və dəstək olduqlarını bildiriblər.

Qurban Qurbanov videonu izləyərək təsirlənib.

Bloqer R. Kaya isə paylaşıma bu sözləri yazıb: “Qurban hocanı “Atletik” matçından əvvəl kövrəltdik”.

“Qarabağ” - “Atletik” görüşü bu gün "San Mames" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti