
“Neftçi”nin yeni transferi Vinsent Abubakar Azərbaycanı Braziliyadan üstün tutub.
Sportinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, Kamerun millisinin hücumçusu bir müddət əvvəl “Qremio”dan təklif alıb.
“Qremio” rəhbərliyi “Hatayspor”dan ayrıldıqdan sonra klubsuz qalan 33 yaşlı forvardı heyətinə qatacağına əmin olub.
Bu üzdən danışıqlar ləng gedib. “Neftçi”nin mübarizəyə qoşularaq qısa müddət sonra Abubakarı Bakıya gətirməsi braziliyalılar üçün sürpriz olub.
Braziliyanın digər klubu “San Paulo” ilə danışıqlar isə uğursuz nəticələnib.
Abubakar karyerası ərzində Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrdə legioner həyatı yaşayıb.