Azərbaycan əsilli şahmatçı 30 yaşında vəfat etdi - Ölüm səbəbi barədə məlumat yoxdur

22 Oktyabr 04:10 Şahmat 543
Azərbaycan əsilli şahmatçı 30 yaşında vəfat etdi - Ölüm səbəbi barədə məlumat yoxdur

Amerikalı şahmatçı Daniel Naroditski vəfat edib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı qrossmeysterin ölüm səbəbi barədə məlumat yoxdur.

FİDE reytinqində TOP-150 şahmatçı siyahısına daxil olan Naroditskinin atası ukraynalı, anası bakılıdır.

ABŞ-nı təmsil edən Daniel Naroditski 2019-cu ildə ölkəsində baş tutan Masters çempionatında birinci yeri tutub.

Bundan başqa, Daniel Naroditski 2007-ci ildə 12 yaşadək yeniyetmələr arasında dünya çempionu, 2013-cü ildə isə gənclər arasında ABŞ birincisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 18:10 Çək və bizə göndər!
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI