"Qarabağ"ın adını eşidən əcnəbi: "Mənim üçün sadəcə..."

17:00 Sabah 346
"Qarabağ"ın adını eşidən əcnəbi: "Mənim üçün sadəcə..."

"Sabah"ın müdafiəçisi Stiv Solvet Premyer Liqanın 8-ci turunda "Zirə"ni məğlub etdikləri (3:0) matçdan sonra Sportinfo.az-a müsahibə verib.

- Böyük hesablı qələbə barədə düşüncələrin...

- Fikrimcə, bu matçda komanda olaraq yaxşı çıxış etdik. Oyunda üstün tərəf idik və layiq olduğumuz qələbəni qazandıq. Lakin artıq bu matçı unudub, qarşıdakı oyunlara köklənməliyik.

- "Sabah"ın sonuncu dəfə bu qədər ideal oynadığını xatırlamıram. Bunun xüsusi səbəbi varmı?

- Digər oyunlarda pis oynadığımızı deməzdim. Bir çox oyunumuzda rəqiblərdən üstün futbol sərgiləmişik. Sadəcə, bu oyunda qapımızın toxunulmazlığını da qoruyub saxladıq ki, bir müdafiəçi kimi bu məni sevindirməyə bilməz.

- "Zirə" ilə görüş sadəcə "Sabah"ın günü idi, yoxsa qarşıdakı matçlarda da biz eyni "Sabah"ı görə bilərik?

- Biz hər oyunda eyni intensivliyi göstərməyə çalışırıq.

- Milli fasilənin sizin üçün yerinə düşdüyünü demək olar?

- Dəqiq cavab verməkdə çətinlik çəkirəm. Bəzi futbolçular zədədən geri döndü. Amma əvəzində başqalarını itirdik. Buna baxmayaraq, komanda fasilədən sonrakı ilk oyunda yaxşı təsir bağışladı ki, bu da, komanda ruhunu göstərir. Rəqabət var və bu, komanda üçün çox yaxşıdır.

- "Qarabağ"ı kənara qoysaq, bu mövsüm heç bir klub "Zirə" ilə görüşdəki performansı sərgiləyə bilməyib. Son qələbəni sizin çempionluq mübarizəsində olacağınızın mesajı kimi də qəbul etmək olar?

- Mənim üçün bu, sadəcə bir qələbədir — 3 xaldır. Çempionat “Zirə” oyunu ilə bitmir. Ən yaxşı mövsümü keçirmək üçün səylə çalışmalıyıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti