“Mən hələ də “Qarabağ”dan qorxa-qorxa danışıram” - VİDEO

21 Oktyabr 2025 19:40 Qarabağ 992
“Mən hələ də “Qarabağ”dan qorxa-qorxa danışıram” - VİDEO

«Qarabağ həm bizi ümidləndirib, həm də bu yandan böyük-böyük danışmağın yeri yoxdur».

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Ağdam klubundan gözləntilərini dilə gətirən tanınmış teleşərhçi maraqlı fikirlər səsləndirib.

O, Çempionlar Liqasının əsas mərhələsinə iki qalibiyyətlə start verən «köhlən atlar»ın Azərbaycan futbolunu nağıllar aləminə apardığını bildirib:

«Hər nə qədər qələbələr qazanılsa da, biz başa düşürük ki, bu nağıl haradasa bitə bilər. Bizim gücümüz o səviyyədə bir yerə qədərdir.

Ümid edək ki, xeyirli bir şeylər baş versin.

«Qarabağ» əsas mərhələni ilk 24 iştirakçı arasında bitirə bilsə, bu, fantastik nəticə olacaq Azərbaycan futbolu üçün. Amma mən hələ də qorxa-qorxa danışıram».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti