Dördqat dünya çempionu olan azərbaycanlı: "Onunla birlikdə bu qərarı verdik”

05:10 Güləş 95
Dördqat dünya çempionu olan azərbaycanlı: "Onunla birlikdə bu qərarı verdik”

Azərbaycanın çimərlik güləşi üzrə dördqat dünya çempionu İbrahim Yusubov (90 kq) karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, idmançı bu barədə Bakıdakı qarşılanma mərasimində jurnalistlərə açıqlama verib.

O, Misirin İsgəndəriyyə şəhərində təşkil edilən Dünya Seriyasının final mərhələsinin karyerasında sonuncu yarış olduğunu söyləyib:

"Dördüncü dəfə dünya çempionu oldum. Turnir yüksək səviyyədə təşkil olunmuşdu. Biz də çox yaxşı hazırlaşmışdıq. Bayrağımızı qaldırmaq və himnimizi səsləndirmək istəyirdik. Buna da nail olduq. Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə, məşqçilərimizə təşəkkür edirəm".

İ.Yusubov karyerasını bitirməsi ilə bağlı bunları deyib:

"Baş məşqçi ilə birlikdə bu qərarı verdik. İdmandan qələbə ilə ayrılmaq daha yaxşıdır. Məşqçi kimi fəaliyyət göstərə bilərəm. Federasiya rəhbərliyi etimad göstərsə, məşqçi kimi çalışacağıq".

Azərbaycan təmsilçiləri yarışda 2 qızıl, 1 bürünc medal qazanıblar. İbrahim Yusubov (90 kq) və Vüsal Əliyev (80 kq) qızıl, Sahib Dadaşov (80 kq) isə bürünc mükafata sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!