
Çempionlar Liqasının 3-cü turunda bu gün keçiriləcək PSV – “Napoli” oyunu ərəfəsində Niderlandda qonaq komandanın 100-dən çox azarkeşi polis tərəfindən saxlanılıb.
Sportinfo.az “De Telegraaf”-a istinadən xəbər verir ki, təxminən 180 “Napoli” azarkeşi dünən gecə Eyndhovenin mərkəzində nəzarətə alınıb. Onların bir qisminin qarşıdakı oyuna bileti olmayıb.
Şəhərin başqa bir hissəsində isə PSV-nin dörd azarkeşi saxlanılıb.
Polisin bildirdiyinə görə, saxlanılanların heç biri insident törətməyib. Həbs tədbirləri şəhər toplaşma qaydalarının pozulması və iğtişaşların qarşısını almaq məqsədilə həyata keçirilib.
PSV – “Napoli” qarşılaşması bu gün saat 23:00-da start götürəcək. İtaliya təmsilçisi “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.