
“Əl-Nəsr”in 40 yaşlı hücumçusu Kriştiano Ronaldo klubun transfer siyasətinə fəal şəkildə təsir göstərir.
Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, portuqaliyalı forvard rəhbərlikdən “Barselona”nın hücumçusu Robert Levandovskinin transferini tələb edib.
Ronaldo hesab edir ki, 37 yaşlı futbolçu “Əl-Nəsr”in hücum xəttini daha da gücləndirə bilər. O, artıq bu məsələ ilə bağlı klub rəhbərliyinə rəsmi şəkildə müraciət edib.
Polşalı futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti mövsümün sonuna qədərdir. Bu da o deməkdir ki, “Əl-Nəsr” yayda onu azad agent kimi transfer edə bilər.