“Qarabağ”a böyük hörmətlə yanaşırıq, onlara iki-üç qol vurmaq barədə danışmırıq”

“Qarabağ”a böyük hörmətlə yanaşırıq, onlara iki-üç qol vurmaq barədə danışmırıq”

"Atletik"in müdafiəçisi Aytor Paredes Çempionlar Liqası Liqa mərhələsinin III turunun "Qarabağ"la oyunu haqda danışıb.

Sportinfo.az 25 yaşlı ispaniyalı futbolçunun fikirlərini diqqətinizə çatdırır:

"Stress yoxdur. Bu, həyati əhəmiyyətli oyundur, çünki hazırda sıfır xalımız var.

Altı oyun qalır, onlardan üçü evdədir və burada güclü olmalıyıq. Qələbəyə ehtiyacımız var, bunun üçün oynayacağıq.

Daha çox aqressiya və qətiyyət göstərməli, səhv etməkdən qorxmamalıyıq. Bizim oyun üslubumuz, kimliyimiz aydındır.

Öz fəlsəfəmizə və oyun ideyamıza sadiq qalsaq, hər şey yaxşı alınacaq. "Qarabağ"ın 6 xalının olması sürpriz deyil.

Biz də belə bir vəziyyətdə olmaq istərdik. Onlar Bilbaoya gəzintiyə gəlməyiblər və oyun maraqlı keçəcək.

"Qarabağ" çətin vəziyyətlərdə də mübarizə aparmağı bacarır, sona qədər döyüşür. Rəqib kifayət qədər keyfiyyətə malikdir.

Biz onlara hörmətlə yanaşırıq, çünki nəyə qadir olduqlarını artıq göstəriblər. "Qarabağ" daha çox hücum yönümlü komandadır.

Əgər oyun bizim xeyrimizə getsə, bəlkə də digər rəqiblərə nisbətən onlara qarşı daha çox fürsət yarada bilərik.

"Qarabağ" Çempionlar Liqasında iki qələbə qazanıb, biz isə hələ qalib gəlməmişik. Özümüzü əsla favorit saymırıq.

Rəqibə böyük hörmətlə yanaşırıq. Onlara iki ya da üç qol vurmaq barədə danışmırıq. Meydana qələbə qazanmaq üçün çıxacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi