"Qış transferləri planlarımızda deyil” - “Barselona”nın idman direktoru

21 Oktyabr 2025 12:00 İspaniya 577
"Qış transferləri planlarımızda deyil” - “Barselona”nın idman direktoru

“Barselona”nın idman direktoru Deku klubun transfer işləri barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, azarkeşlərin qış transfer dövründə hansısa transfer gözləməməli olduqlarını bildirib:

“Yayda transfer bazarında istədiyimiz və edə biləcəyimiz hər şeyi etdik. İndi bir çox oyunçunun zədələrdən sağalmasını gözləmək lazımdır. Qış transferləri planlarımızda deyil”.

Kataloniya klubu İspaniya La Liqasında 22 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti