Yenidən zədə alan “Real”ın müdafiəçisi “el-klasiko”nu buraxacaq

01:30 İspaniya 105
Yenidən zədə alan “Real”ın müdafiəçisi “el-klasiko”nu buraxacaq

“Real”ın müdafiəçisi David Alaba yenidən zədələnib.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, avstriyalı “Xetafe” ilə keçirilən La Liqa matçında (1:0) əzələsini dartdığı üçün təxminən bir həftə yaşıl meydanlardan kənarda qalacaq.

Alaba bu səbəbdən UEFA Çempionlar Liqasında “Yuventus” və La Liqada “Barselona” ilə qarşılaşmalarda iştirak edə bilməyəcək.

Onun itkisi “Real”ın baş məşqçisi Xabi Alonsonun işini daha da çətinləşdirib. Çünki komandanın bir neçə müdafiəçisi artıq zədə səbəbindən sıradan çıxıb.

“Xetafe” ilə oyunu Dani Karvahal, Trent Aleksander-Arnold, Ferlan Mendi, Antonio Rüdiger və Din Heysen buraxmışdı. Bununla belə, Trent, Karvahal və Heysenin yaxın günlərdə meydana qayıdacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi