Kapitan “Qarabağ”dan danışdı, buna “qazanc” dedi

20:40 Müsahibə 153
Kapitan “Qarabağ”dan danışdı, buna “qazanc” dedi

“Zirə”nin müdafiəçisi Qismət Alıyev Sportinfo.az-a müsahibə verib.

Kapitan komandasının “İmişli” ilə heç-heçə (1:1) oynadığı matçdan sonra sualları cavablandırıb.

- “İmişli” ilə görüşdə xal itirəcəyinizi təsəvvür edə bilərdin?

- Komanda şəklində oyuna çox yaxşı hazırlaşmışdıq. 90 dəqiqə ərzində topa nəzarət edən tərəf idik. Əlverişli qol imkanları yaratsaq da, yalnız bir qol vura bildik. “İmişli”nin ən təhlükəli cəhəti standart vəziyyətlər idi ki, buna uyğun tapşırıqlar almışdıq. Lakin kiçik diqqətsizlik ucbatından “standart”dan qol buraxdıq. Bu oyun geridə qaldı. Diqqətimizi “Neftçi” ilə qarşılaşmaya ayıracağıq.

- İlk hissədə hesabda geri düşdüyünüzü nəzərə alsaq, 1 xalı qazanc hesab etmək olar?

- Məğlub duruma düşdüyün oyunda hesabı bərabərləşdirirsənsə, xal ehtiyatını artırmış olursan.

- “Qarabağ”dan xal alan komandanın “İmişli”ni məğlub etməsi üçün nə çatmadı?

- “Qarabağ”la oyun artıq keçmişdə qalıb. Hansısa görüşdə uğur qazansaq belə, həmin qələbəni bayram etməli deyilik. “İmişli” iddialı rəqiblərlə başa-baş oynayıb, qələbələr qazanıb, heç-heçə edib. Ona görə də rəqibi ciddiyə almaq lazımdır. Növbəti oyunlarda əlimizə düşən imkanlardan maksimum yararlanmalıyıq.

- Quba Olimpiya İdman Kompleksinin qazonunun durumu barədə nə deyə bilərsən?

- Çox istərdik ki, meydanın durumu keyfiyyətli olsun. Qazonların yaxşı olması ölkə futbolunun inkişaf etməsi deməkdir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti