“Qalatasaray”ın səhmlərindən bir hissəsini almağı planlaşdırır - Roman Abramoviç

22 Oktyabr 2025 10:00 Türkiyə 944
“Qalatasaray”ın səhmlərindən bir hissəsini almağı planlaşdırır - Roman Abramoviç

“Çelsi”nin sabiq sahibi Roman Abramoviç Avropanın başqa klubunda pay sahibi ola bilər.

Sportinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, rusiyalı iş adamı “Qalatasaray”ın səhmlərindən bir hissəsini almağı planlaşdırır.

Abramoviç uzun illər “Çelsi”nin sahibi olub, bir neçə il əvvəl isə klubun idarəsini Amerika investorlarına verib.

“Qalatasaray” hazırda Türkiyə çempionatında turnir cədvəlinin lideridir və 9 turdan sonra 25 xal toplayıb. Komanda həmçinin, UEFA Çempionlar Liqasında çıxış edir.

İstanbul təmsilçisi növbəti oyunda Norveçin “Budo Qlimt” komandası ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti