AFFA “Neftçi”dən 9700 manatı nəyə görə “qopartdı”?

01:50 Neftçi 81
AFFA “Neftçi”dən 9700 manatı nəyə görə “qopartdı”?

Premyer Liqanın 8-ci turunda “Araz-Naxçıvan”la oyunda 4 futbolçusu sarı vərəqə alan “Neftçi” 700 manat cərimələnib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar verib.

Bundan başqa, “Neftçi”nin azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib və bu hal cari mövsümdə 2-ci dəfə yaşanıb.

Bu üzdən bakılılar 6000 manat cəriməyə məruz qalıb.

Azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirildiyindən, “Neftçi” daha 3000 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi