“Qarabağ”ın rəqibinin yeni transferini müdafiə etdi: "Səhv bir söz söyləsəz..."

12:20 İngiltərə 138
“Qarabağ”ın rəqibinin yeni transferini müdafiə etdi:

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp komandanın yeni üzvü Florian Virts barədə iradlara cavab verib.

Sportinfo.az “Diary Of A CEO”-ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis həmyerlisi olan futbolçunun inanılmaz istedadı olduğunu söyləyib:

“Virts haqqında səhv bir söz söyləsəz, hamınız dediklərinizə peşman olacaqsız. O, inanılmaz istedaddır”.

22 yaşlı yarımmüdafiəçi yay transfer pəncərəsində Leverkuzen “Bayer”indən “Liverpul”a keçib. Mersisaydlılar onun üçün 125 milyon avro ödəyiblər.

Almaniyalı futbolçu hazırda bütün turnirlər nəzərə alınmaqla 11 oyunda iştirak edib, 1 məhsuldar ötürmə verib.

Virtsin “Liverpul”la müqaviləsinin müddəti 2030-cu ilə qədərdir. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti