“Özümə inanırdım, çempion olmağa layiq idim”

22 Oktyabr 2025 06:00 Cüdo 822
“Özümə inanırdım, çempion olmağa layiq idim”

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-pridə qızıl medal qazanmağa layiq olduğunu düşünür.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı idmançı bu barədə Beynəlxalq Cüdo Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Milli üzvü turnirdəki çıxışını yüksək qiymətləndirib:

"Buradakı çıxışım çox yaxşı idi. Özümə inanırdım, çempion ola biləcəyimi düşünürdüm.

Çünki yaxşı hazırlaşmışdım. Braziliyada təlim-məşq toplanışına qatılmışdıq.

Qran-pridə çempion olmağa layiq idim. Əzmkarlıq göstərərək qızıl medal qazandım".

Azərbaycan cüdoçuları Meksikadakı yarışı 9 medalla başa vurublar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”