“Çelsi”nin məşhur sabiq oyunçusunun oğlu “Sabah”dan nə söylədi?

13:40 Sabah 247
“Çelsi”nin məşhur sabiq oyunçusunun oğlu “Sabah”dan nə söylədi?

“Qol və məhsuldar ötürmə ilə yadda qaldığım üçün çox xoşbəxtəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın futbolçusu Aaron Maluda deyib.

“Lill”ə (Fransa) məxsus olan və icarə əsasında Bakı təmsilçisində çıxış edən 19 yaşlı vinger “bayquşlar”ın mətbuat xidmətinə açıqlama verib.

Fransa millisinin və “Çelsi”nin məşhur sabiq oyunçusu Florin Maludanın oğlu “Zirə”yə evdə üç cavabsız qolla qalib gəldikləri Premyer Liqanın VIII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Turnir cədvəlindəki rəqiblərimizi irəli buraxmamalıyıq. Ona görə ikiqat xoşbəxtəm.

Bu üç xal çox vacib idi. Yaxşı nəticələr qazanmaq üçün azarkeşlərimizin dəstəyinə ehtiyacımız var. Biz birlikdə güclüyük”.

"Sabah” IX turda “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti