Premyer Liqa klubuna yeni baş məşqçi təyin olundu - RƏSMİ

18:40 İngiltərə 147
Premyer Liqa klubuna yeni baş məşqçi təyin olundu - RƏSMİ

“Nottingem Forest” yeni baş məşqçisini rəsmən təqdim edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “meşəçilər”ə 54 yaşlı mütəxəssis Şon Dayç rəhbərlik edəcək.

İngiltərəli çalışdırıcı klubla müddəti 2027-ci ilə qədər olan müqavilə imzalayıb. O, ilk oyununa bu ayın 23-də, UEFA Avropa Liqasında “Portu”ya qarşı çıxacaq.

Dayç bu vəzifədə oktyabrın 18-də işdən azad edilən Angelos Postekoqlunu əvəz edib. O, bu ilin yanvarından bəri işsiz idi, son olaraq “Everton”u, ondan əvvəl isə uzun illər “Bernli”ni çalışdırıb.

“Nottingem Forest” hazırda Premyer Liqada 8 turdan sonra 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti