Quliyev üç oyuna təyinat aldı - Avropa çempionatında

08:20 Bizimkilər 140
Quliyev üç oyuna təyinat aldı - Avropa çempionatında

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan təyinat alıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində X qrupun 3 oyununda fəaliyyət göstərəcək.

B.Quliyev oktyabrın 28-də Bolqarıstan – Slovakiya, 31-də İsveçrə - Bolqarıstan oyunlarının hakim-inspektoru, noyabrın 3-də isə San Marino – Bolqarıstan matçının həm hakim-inspektoru, həm də nümayəndəsi olacaq.

X qrupun qarşılaşmaları Slovakiyada təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti