
Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun "Atletik" - "Qarabağ" oyununa böyük maraq var.
Sportinfo.az xəbər verir ki, bu haqda İspaniyanın "Marca" nəşri məlumat yayıb.
Bildirilib ki, oktyabrın 22-də "San-Mames" arenasında keçiriləcək matç üçün biletlər tükənmək üzrədir.
Bilbaodakı bu arenanın 53 min tamaşaçı tutumu var.
"Marca"nın yazısında qeyd edilir ki, bu mövsüm CL-də keçirdiyi 2 oyunda qalib gələ bilməyən "Atletik"in bu seriyaya öz azarkeşləri önündə "Qarabağ"la matçda qoymaq şansı var.
Amma eyni zamanda Ağdam klubunun 2 oyunda 2 qələbə qazanmasına da diqqət çəkilir.
Həmçinin bildirilib ki, matça ən ucuz biletin qiyməti 180 avro, birinci sinif üçün isə 377 avro (yerli azarkeşlər üçün) təşkil edir. Bilet sayı isə artıq məhduddur.
"Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-si, Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.