Çimməyə isti su tapa bilmədilər, UEFA-ya şikayət etdilər

22 Oktyabr 2025 00:20 Problem 629
Çimməyə isti su tapa bilmədilər, UEFA-ya şikayət etdilər

“Atletiko” Çempionlar Liqasının əsas mərhələsinin oyunundan əvvəl İngiltərə təmsilçisi “Arsenal”dan UEFA-ya şikayət edib.

Sportinfo.az xəbər verir ki, buna “topçular”ın “Emireyts” stadionundakı məşqdən sonra qonaq komandanın futbolçularını isti su ilə təmin etməməsi səbəb olub.

İspaniya nəhənginin oyunçuları duş ala bilməyiblər. Klub məsələ ilə bağlı stadion işçilərinə məlumat versə də, buna məhəl qoyulmayıb.

Futbolçular Londonun mərkəzindəki otellərinə qayıtmağa məcbur olublar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti