
Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Atletik"in qonağı olacaq "Qarabağ"ın heyətində itki var.
Sportinfo.az xəbər verir ki, Musa Qurbanlı zədə səbəbindən İspaniya klubu ilə matçı buraxacaq. 2
3 yaşlı hücumçunun dizində ağrılar var. O, Azərbaycan millisinin düşərgəsindən qayıdandan sonra dizində ağrılar hiss edib və iki həftəlik müalicə müddəti olacaq.
"Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də Bilbadakı “Estadio de San Mamés" stadionunda keçirilcəcək və Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.