AFFA pula görə qovulan baş məşqçini milliyə gətirəcək?

3 May 2020 16:20 Milli komanda 1 168
AFFA pula görə qovulan baş məşqçini milliyə gətirəcək?

AFFA milli komandanın baş məşqçi postuna namizədlərlə danışıqları dayandırdığını açıqlasa da, agentlər federasiya rəsmilərinə yeni adlar təklif edir.

Sportinfo.az xəbər verir ki, Zaqreb "Dinamo"sundan ayrılan Nenad Byelitsanın işi federasiyaya təklif olunub.

Hazırda işsiz olan 48 yaşlı mütəxəssis millinin baş məşqçi postuna namizədlərdən biridir. Byelitsa illik 1,2-1,5 milyon avro maaşa millidə işləməyə razılaşa bilər.

"Dinamo" (Zaqreb) məşqçilərə 1,2 milyon avro məvacib ödəyirdi. Nenad Byelitsa 700 min avroya yaxın maaş alırdı. AFFA isə yığma komanda ilə bağlı qərarını koronavirus pandemiyası sovuşandan sonra vermək istəyir.

Federasiya hazırkı vəziyyətdə yığmanı yerli mütəxəssisə də həvalə edə bilər. Xorvat məşqçi Zaqreb "Dinamo"sundan öncə "Austriya" (Vyana), "Lex" (Polşa), "Spetsiya" kimi klubları çalışdırıb.

Byelitsa 2018-ci ildə Xorvatiya klubunun baş məşqçisi təyin edilmişdi. "Dinamo" xorvatın rəhbərliyi ilə 49 il sonra ilk dəfə Avropa kuboklarında qrup mərhələsini adlamağı bacarmışdı. Bu mövsüm komanda Çempionlar Liqasının qrupundan çıxmağa yaxın olsa da, "Atalanta"ya məğlubiyyətlə 1/8 final arzusu reallaşmadı.

Byelitsanın "Dinamo"da işi uğurlu olsa da, klubu idarə edən Zdravko və Zoran Mamiç qardaşları oyunçular və azarkeşlərin məşqçini həddən artıq çox sevməsini qəbul edə bilmirdi.

Bu sevgini qısaqanan klub rəhbərliyi ona maaşında 33 faiz endirimə getməyi təklif etdi. Təkliflə razılaşmayan məşqçinin istefasını Mamiç qardaşları "Facebook"da bəyan etdilər.

Gənc futbolçularla işləməyi sevən mütəxəssis xorvat dili ilə yanaşı, ispan, italyan, polyak, ingilis və alman dillərini bilir. Nenad Byelitsanın adı son zamanlar "Fənərbaxça" və İspaniya klubları ilə də hallanır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"