«Azərbaycanda adlı-sanlı məşqçi yalnız Qurban Qurbanovdur.
O da millidə işləyib, yaxşı və pis şeylərin hamısın görüb. Buna görə də Qurbanov özü də mlli komandaya qayıtmağı istəməz».
Bu sözləri Sportinfo.az-a açıqlamasında yığmanın sabiq müdafiəçisi Mahir Şükürov deyib.
Üç il öncə karyerasını başa vuran keçmiş futbolçu Nikola Yurçeviçdən sonra başalan vəzifəyə əcnəbi mütəxəssisin gətiriləcəyini düşündüyünü söyləyib:
«Digər məşqçilərimiz gəncdilər. Təcrübə toplamaları lazımdır. Qalır tək yol əcnəbi baş məşqçinin gətirilməsinə. AFFA-nın hər zaman prinsiplərindən biri olub ki, millidə əcnəbi baş məşqçi olsun.
Ancaq onu da nəzərə almaq lazımdır ki, hazırda koronavirusa görə maliyyə baxımından bu variantı həyata keçirmək çətin olacaq. Ancaq bura istəyirsən Maurinyonu, Zidanı, Qvardiolanı gətir, əlində yaxşı material yoxdursa, xeyiri olmayacaq.
Ən yaxşı dövr bizim dövr idi. Onda da Berti Foqts və Robert Prosineçki dedi ki, millinin maksimumu budur. Bizim nəsildən olan futbolçuların çoxu artıq karyerasın bitirdi.
İndi də görünür ki, futbolçu qıtlığı var. Problemlər çoxdur. Dünya futboluna baxanda, görürsən ki, məşqçilərin, futbolçuların qiymətləri aşağı düşür».

