"AFFA-da çalışan hər kəs hazırkı maaşını alacaq"

10 Aprel 2020 12:30 Milli komanda 913
"AFFA-da çalışan hər kəs hazırkı maaşını alacaq"

Koronavirus bütün dünya futbolunu «vurub».

Böhranun təsiri daha çox maliyyə sahəsində özünü göstərir.

Nəinki böyük klublar, eləcə də, federasiyalar ciddi maddi itkilərlə üzləşib. İngiltərə, İsveç, Almaniya və başqa ölkələrin futbol qurumları iqtisadi zərərin miqyasını azaltmaq üçün müəyyən addımlar atır.

İşçilərini kütləvi surətdə ixtisar edən kim, öz hesabına məzuniyyətə göndərən kim, məşqçilərin maaşını minimum 20-30 faiz azaldan kim…

Bir sözlə, hərə bir yola əl atıb.

AFFA necə, indiki vəziyyətdən necə çıxmaq istəyir. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Firuz Abdulla Sportinfo.az-a deyib:

"Bununla bağlı heç bir müzakirə aparılmayıb. AFFA-da çalışan hər kəs hazırkı maaşını alacaq".

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”