Azərbaycan yığması ən azı 7 ay… DƏYİŞİKLİK GÖZLƏMƏYİN!

10 Aprel 2020 16:00 Milli komanda 1 098
Azərbaycan yığması ən azı 7 ay… DƏYİŞİKLİK GÖZLƏMƏYİN!

Dünən milli komandaların FİFA reytinqi açıqlanıb.

Cədvəlin ilk üç pilləsində Belçika (1765), Fransa (1733), Braziliya (1712) yer alıb. Türkiyə 1494 xalla 29-cudur.

Sonuncu dəfə fevralın 20-də dərc olunan cədvəllə müqayisədə siyahıda cüzi dəyişikliklər olub. Bu da hesabat dövründə keçirilməli olan oyunların baş tutmaması ilə bağlıdır. Koronavirus pandemiyası üzündən komandaların martda keçirilməli olan qarşılaşmalarının bəziləri təxirə salınıb, bəziləri ləğv edilib.

Azərbaycanın da 2 yoxlama oyunu – Lixtenşteyn və Malta ilə görüşləri ləğv olunub. Bu, yığmamızın da əmsalı və mövqeyinin dəyişməməsi ilə nəticələnib.

Millimiz iki ay əvvəl olduğu kimi yenə dünyanın 114-cü komandasıdır və aktivində 1177 xal var. Sportinfo.az xəbər verir ki, yYığmamız ardıcıl 4-cü dəfə bu mövqedə qalıb.

2019-cu ilin noyabr reytinqində 114-cü sıraya enən komandamız dekabrda, həmçinin bu ilin fevralında da eyni pillədə yer alıb. Artıq 5 aydır mövqeyi toxunulmaz olan milli daha iki ay bu sırada qalacaq. Çünki FİFA növbəti cədvəli iyunun 11-də açıqlayacaq.

Bu da o deməkdir ki, yığmamız ən azı 7 ay eyni pillədə qalacaq. Bu da komandanın tarixində ən uzun sabitlik rekordudur. İndiyədək belə rekord 6 ayı əhatə edirdi. Millimiz 2005-ci ilin martında ələ keçirdiyi 116-cı pilləni yalnız sentyabrda tərk edərək 2 addım irəliləmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti