Məşhur baş məşqçinin Azərbaycan millisinə təyinatı niyə baş tutmayıb?

9 Aprel 2020 12:30 Milli komanda 694
Məşhur baş məşqçinin Azərbaycan millisinə təyinatı niyə baş tutmayıb?

AFFA-nın milliyə yeni baş məşqçi axtarışı son günlər bir qədər səngiyib.

Lakin o qədirdiir ki, Nikola Yurçeviçi ötən ilin dekabrında istefaya yollayan federasiya rəhbərliyi daxili bazara fikir vermək niyyətindən uzaqdır. Koronavirusun gətirdiyi maliyyə böhranı qurumun gözünü Avropadan çəkməsinə səbəb olmayıb.

Bir neçə gün öncə Türkiyə mediası xəbər yayıdı ki, “Roma”nın sabiq baş məşqçisi Eusebio Di Françesko AFFA-dan təklif alıb. “Fotospor” nəşrinın məlumatında bildirilirdi ki, italiyalı mütəxəssis “Fənərbaxça”nın da maraq dairəsinə düşüb.

İstanbul təmsilçisinin kapitanı Əmrə Bələzoğlu klub rəhbərliyinə komandanın başına Di Françeskonu gətirməyi məsləhət görüb.

Bunun ardından prezident Ali Koç baş məşqçi ilə təmasa keçib. Tərəflər arasında danışığın detalları açıqlanmasa da, mütəxəssis Türkiyə klubundan təklif aldığını təsdiqləyib.

İtaliyalı hələlik "Fənərbaxça" ilə bağlı yekun qərarını verməyib. Buna səbəb onun başqa komandalardan da təklif almasıdır. Türkiyə mətbuatı Di Françeskonun Azərbaycan millisinin də başına gətirilmək istəndiyini yazıb. Hətta xəbərdə AFFA-nın baş məşqçiyə təklif göndərdiyi də qeyd edilib.

Di Françesko 2017-19-cu illərdə “Roma”nın baş məşqçisi olub. Paytaxt klubundan ayrıldıqdan sonra ötən il “Sampdoria”nın başına keçən 50 yaşlı çalışdırıcı uğursuz gedişatın ardından istefaya gedib.

Di Françesko 2017-ci ildə "Roma"nın baş məşqçisi ikən Çempionlar Liqasının qrup mərhələsinin "Qarabağ"la oyunu üçün Bakıya səfər edib. Bakı Olimpiya Stadionunda keçirilmiş görüş italiyalıların qələbəsi ilə yekunlaşıb - 2:1.

O, “football italia”a bir neçə yerdən təklif aldığını təsdiqləyib: “İngilis dilini öyrənirəm. Özümü hər cür təcrübəyə hazır hiss etməliyəm. “Sampdoria”dan ayrıldıqdan sonra biraz istirahət etmək istədim. Ancaq hazırda bir neçə yerdən təkliflərim var.

Avropa klublarından və başqa bir milli komandadan təklif almışam. İtaliyada bir neçə klubda çalışmışam. “Roma” ilə pis olmayan bir dönəm keçirdim v' artıq xaricdə işləmək istəyirəm. Premyer Liqa ən əhəmiyyətli çempionatlardan biridir. Ümid edirəm ki, gələcəkdə orada çalışacam”

AFFA-dan redaksiyamıza daxil olan məlumata görə, menecerlər tərəfindən təklif edilən məşqçilər arasında Di Françesko da yer alıb. Apenninli mütəxəssis illik 2 milyon avro istəyib.

Federasiya onunla yaxın təmasa keçməyib. Ona görə yox ki, təklif etdiyi məbləğ AFFA-nın nəzərdə tutduğu müqavilə haqqından xeyli artıq olub. Qurum sabiq «Roma»lının iş prinsipləri, xarakteri və məşq prosesi barədə məlumat topladıqdan sonra bu izdivacdan vaz keçib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti