Millimizin hücumçunun qiyməti 50 min azaldı

8 Aprel 2020 19:16 Milli komanda 1 100
Millimizin hücumçunun qiyməti 50 min azaldı

“Vulverhempton”da çıxış edən Renat Dadaşovun dəyəri azalıb.

Sportinfo.az “transfermarkt.com”a istinadən xəbər verir ki, hücumçunun əsas heyətə düşə bilməməsi qiymətini də təsir edib.

Millimizin üzvünə yenilən siyahıda 350 min avro qiymət qoyulub. Dadaşov ötən ilin dekabrında 400 min avro dəyərində idi. Ancaq 20 yaşlı futbolçunun “Vulverhempton”un U21 komandasında çıxış etməsi və əsas heyətə düşə bilməməsi qiymətinin azalmasına səbəb olub.

İngiltərə mətbuatı bu yaxınlarda Renatın klubdan göndəriləcəyini yazmışdı. Buna səbəb onun heyətdəki əsas oyunçu Raul Ximeneslə rəqabətə girə bilməməsidir. Rəhbərlik futbolçunu başqa bir kluba icarəyə verməklə onun inkişaf edəcəyini düşünür.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”