UEFA Azərbaycan millisinə yeni imkan yaradır ki…

7 Aprel 2020 21:40 Milli komanda 1 190
UEFA Azərbaycan millisinə yeni imkan yaradır ki…

2021-ci ildə keçiriləcək AVRO-2020-nin final mərhələsi ərəfəsində milli komandaların yoxlama oyunları üçün iki pəncərə nəzərdə tutulub.

Sportinfo.az xəbər verir ki, bu, UEFA-nın klublara göndərdiyi növbəti təlimat məktubunda əksini tapıb.

Bildirilib ki, yığmaların qarşılaşmaları mart və may aylarında baş tutacaq. Yoxlama oyunları üçün ayrılan “pəncərə”lər martın 22-30-da və mayın 31-dən iyunun 8-dək olacaq. Bu, Azərbaycan milli komandasının gələn ilin ilk yarısında ən azı 4 yoxlama matçı keçirmək imkanı qazanması anlamına gəlir.

Hərçənd koronavirus pandemiyasının alt-üst etdiyi futbol təqvimində bir sıra suallar hələ də qalmaqdadır. Yoluxma təhlükəsi bitmədiyindən Millətlər Liqası, həmçinin DÇ-2022-nin seçmə oyunlarının taleyi də tam dəqiqləşməyib.

AVRO-2020-nin 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək final mərhələsi 2021-ci il iyunun 11-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”