Premyer Liqa təmsilçisi millimizin forvardından imtina edir

7 Aprel 2020 14:36 Milli komanda 992
Premyer Liqa təmsilçisi millimizin forvardından imtina edir

“Vulverhempton” millimizin üzvü Renat Dadaşovu göndərməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi futbolçunu icarəyə vermək niyyətindədir.

Məlumata görə, klub rəhbərliyi əsas heyətə düşə bilməyən Renatı inkişaf etməsi üçün başqa bir kluba göndərəcək. Dadaşovun komandanın qolcusu Raul Ximenesə rəqib ola biləcəyi inandırıcı deyil.

Buna görə də məşqçilər heyətinin mövsüm sonunda 21 yaşlı futbolçunu icarəyə verməyi düşündüyü bildirilir. Renat Dadaşov ötən ilin ikinci 6 ayını icarə əsasında "Pakuş Fereyra"da keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”