5 dəyişiklik baş verəcək

5 Aprel 2020 14:22 Milli komanda 1 009
5 dəyişiklik baş verəcək

Milli komandaların FİFA reytinqi aprelin 9-da açıqlanacaq.

Sportinfo.az xəbər verir ki, siyahıda yalnız cüzi dəyişikliklər olacaq.

Buna səbəb hesabat dövründə keçirilməli olan matçların koronavirus pandemiyası üzündən təxirə salınmasıdır. Yığmaların martdakı görüşlərinin baş tutmamasına görə cədvəldə cəmi 5 dəyişiklik baş verəcək.

Belarus 2, Fil Dişi Sahili və Cənubi Sudan bir pillə irəliləyəcək. Bolqarıstanla Haitini isə bir addımlıq geriləmə gözləyir.

Dəyişikliklərin olmayacağı reytinqdə Azərbaycan yığması da 114-cü sırada qalacaq. Hələ də baş məşqçisi olmayan millinin aktivindəki xal da dəyişməyəcək – 1177.

Siyahının ilk “üçlüy”ündə Belçika (1765), Fransa (1733) və Braziliya (1712) yerini qoruyacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var